YD

Yanğın Damperi


Istehsalçı ölkə:  Türkiyə

Təyinat:  DAMPER

Zəmanət: 



Təsvir

Climacity Azerbaijan sizlərə havalandırma sistemlərini təqdim edir. Rəsmi tərəfdaş olaraq yalnız zəmanətli və sertifikatlı məhsulların satışını həyata keçiririk. Bütün məhsullara 1 il zəmanət verilir. Peşəkar heyətimiz tərəfindən bütün quraşdırılma işləri aparılır. Həmçinin istismar xidmətləri çərçivəsində 7/24 sizlərin xidmətinizdəyik.

Prizmavari və dairəvi yanğın damperləri havalandırma kanallarında, yanğının digər hissəyə keçməyinin qarşısını almaq üçün istifadə olunur. Yanğın damperləri üç əsas hissədən ibarətdir. Bu hissələr ardıcılıqla: TS EN 10346 sertifikatlı qalvanik listdən istehsal edilmiş gövdə və qanad, 72 ˚C istilikdə reaksiya verən qoruma mexanizmindən ibarətdir. Sürtünmə yastığının silindri bürünc, silindrin içində fırlanan mil isə qalvaniklı örtülmüş poladdandır. Bu da sistemin ömrünü uzatmaqla yanaşı, məhsulun deformasiyasının qarşısı alır. Gövdənin birləşmə nöqtələrində sızmanın qarşısını almaq üçün, yüksək tempratura dözümlü qırmızı silikonla izolyasiya edilib. İstəyə uyğun olaraq, qorumalı mexanizmdən əlavə servo mühərriklə müdaxilə imkanı verir. İstifadə ediləcək servo mühərrik 24V, 230V-dır. Servo mühərriklərdə istəyə uyğun olaraq termik element seçilə bilər. Servo mühərrikli yanğın damperlərini avtomadlaşdırma sisteminə qoşaraq nəzarət edilə bilər.

Climacity
Suallarınızı bizə ünvanlayın

Climacity
Salam. Bizə müraciət ediyiniz üçün təşəkkür edirik. Buyurun
×
WhatsApp